Yeni ay (roman)

Yeni Ay
New Moon
Müəllif Stefani Mayer
Janr Roman
Orijinalın dili ingiliscə
Ölkə
Orijinalın nəşr ili 6 sentyabr 2006
Seriya Alatoran
Nəşriyyat Little, Brown and Company
Səhifə 563
Əvvəlki Alatoran
Sonrakı Tutulma
ISBN ISBN 0-316-16019-9

Yeni Ay (ing. New Moon) — Stefani Mayer tərəfindən, romantik-fentezi janrında yazılmış Alatoran romanlar seriyasından olan ikinci romanıdır. Romanda Bella SvonEdvard Kallenin romantik münasibətləri haqqında əhvalat davam etdirilir. Casperin hücumundan sonra Edvard Bellanı tərk etməyə məcbur olur, qəlbi qırılmış Bella aylarla depressiyada qalaraq əziyyət çəkir, sonradan yaxınlaşdığı Ceykob Blek ona ağrılarını unutmağa kömək edir. Lakin Ceykobun əsl kimliyinin ortaya çıxması və Elis Kallenin səfərindən sonra Bellanın həyatı daha da mürəkkəbləşir.

Mayer qeyd edir ki, roman itirilmiş əsl sevgi haqqındadır.[1] Romanın adı ay təqviminin qaranlıq dövründən seçilmişdir və bu əsas qəhrəman Bella Svonun həyatının qaranlıq dövrünə işarədir. Mayer bu romanı “Alatoran” romanı nəşr edilməmişdən əvvəl yazmışdı.[2] Romanın yazılması Mayer üçün çox çətin olmuşdur, o, oxucuların reaksiyasından qorxmuş, Bellanın acılarını təsvir edərkən, tez-tez ağlamışdır.

Roman ilk dəfə 6 sentyabr 2006-cı ildə bərk üz qabığı ilə 100.000 nüsxədə nəşr edilmişdir.[3] ABŞ-də nəşr edilən roman qısa zamanda böyük uğur qazanmaqla, bestseller siyahılarının zirvəsinə yüksəlmiş, ilin ən çox gözlənilən əsərlərindən biri olmuşdur. Əsər həm The New York Times Best Seller siyahısı, həm də USA Today's Top 150 Bestseller siyahısında birinci yerə yüksəlmiş[4][5], 5.3 milyondan çox satılmaqla, 2008-ci ilin ən çox satılan yumşaq üzlü kitabı olmuşdur.[6] Bundan başqa, Yeni Ay 2009-cu ilin də ən çox satılan kitablarından biri olmuş[7] və 38 dilə rəsmən tərcümə edilmişdir. 20 noyabr 2009-cu ildə isə romanın film adaptasiyası ekranlara çıxarılmışdır.[8]

Roman, tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. Tənqidçilər romanın, “daha çox nağıl xarakteri daşıyan” “Alatoran” romanı ilə müqayisədə daha yetkin və dərin olduğunu qeyd etmişlər. Obrazların, xüsusilə Bella Svonun inkişafı, həmçinin sevgi və ağrı hisslərinin təsviri baxımından Mayerin yazı tərzi ciddi maraq doğurmuşdur. Lakin, bəzi tənqidçilər qeyd etmişlər ki, orta hissədə romanın tempi bir qədər aşağı düşmüşdür.

  1. Meyer, Stephenie (Subject). "Stephenie Meyer Talks About Eclipse" (Video). Amazon.com. 2007. 2009-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  2. "Twilight Series|New Moon FAQ". StephenieMeyer.com. 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  3. Cecelia Goodnow. "Stephenie Meyer's Forks-based saga of teen vampire love is now a global hit". Seattle Post-Intelligencer. 2007-08-06. İstifadə tarixi: 20 avqust 2014.
  4. "Children's Books - New York Times". New York Times. 2006-11-12. 2015-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  5. "Best-Selling Books Database". USA Today. 2009-08-02. 2012-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  6. Diane Roback. "Bestselling Children's Books 2008: Meyer's Deep Run". Publishers Weekly. 2009-03-23. 2009-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  7. Debarros, Anthony; Cadden, Mary; DeRamus, Kristin; Schnaars, Christopher. "Best-Selling Books: The top 100 for 2009". USA Today. January 6, 2010. 2011-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.
  8. Larry Carroll. "'Twilight' Exclusive: 'New Moon' Art And Official Title Revealed!". MTV. 2009-02-19. 2009-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2014.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne